Qərbi Kaspi Universiteti

Texnopark

Qərbi Kaspi universitetinin texnoparkı

Texnoparkın yaradılmasında məqsəd universitetdə ali məktəbin elmi-texniki potensialından səmərəli istifadə olunmasına yönəldilmiş elmi-istehsalat strukturunun formalaşdırılmasıdır; elm və texnoloji sahələrində inkişaf etmiş tədqiqat, təhsil, təlim, istehsal, nəşr və məsləhət verməkdir.

Texnoparkın fəaliyyətində yeni texnikanın, yeni texnologiyaların, materialların, məhsulların və s.məmulatların işlənib hazırlanmasını və sənaye mənimsənilməsini, professor-müəllim heyətinin, elmi əməkdaşların cəlb edilməsini, aprobasiyanın təşviq edilməsini və ideya və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Ideya bankı

 Yeni, kreativ fikir və ideyalara malik tələbələri, gənc tədqiqatcıları bu fikir və ideyaları reallaşdıra biləcək potensial investorları (dövlət, beynəlxalq təşkilatlar və özəl) bir araya gətirən, onlar arasında əlaqəni təmin edən və  yaradıcılıq qabiliyyətlərini inkişaf etdirən  bölmədir.

Texnolojı prototip mərkəzi

 İdeyanın tətbiqi üçün şəkilləndirilməsi məqsədi ilə onun texnologiyası üzərində işləmək, prototipini formalaşdırmaq zərurəti yaranır. Bunun reallaşdırılması üçün universitetdə Texnoloji Prototip Mərkəzi yaradılıb. Tələbələrimiz  laboratoriyalarda ideyaya aid olan müvafiq cihazın prototipini hazırlamalıdırlar. Bu prototip ideyada nəzərdə tutulan imkanları tam olaraq nümayiş etdirmək qabiliyyətində olmalıdır.

Biznes inkubator (ixtiyari mehsul üçün biznes plan hazırlanması haqqında ümumi qısa mətn) 

texnoparkın və biznes inkubatorunun əsas fəaliyyət istiqamətləri üzrə tövsiyələr hazırlayır;

texnoparkda yerinə yetirilməsi təklif olunan işlərin elmi-texniki və metodiki ekspertizasını həyata keçirir;

texnoparkın bazasında yaradılmış ali məktəblə sıx əlaqələr və qarşılıqlı əlaqələr yaradır;

texnoparkda və biznesin inkubatorunda aparılan tədris işlərinin elmi-metodiki səviyyəsinin yüksəldilməsinə kömək edir.

Startap mərkəzi 

Startap, miqyaslana biləcək bir biznes modeli öncə axtarmaq, daha sonra inkişaf etdirmək və təsdiqləmək üçün yaranan şirkət və ya bir layihədir. Adətən startapların əməliyyat tarixi qısa olur və onlar qısa müddət ərzində uğurlu şirkətlərə çevrilir. Startap yalnız təsisçidən ibarət yox, kənar ərazilərdə inkişaf etmək niyyətində olan, işçiləri olan və sürətlə böyümək məqsədi daşıyan yeni müəssisə növüdür

Daxil olan sahələr,  istiqamətlər; 

İnformasiya Texnologiyaları və Mühəndislik

Səhiyyə sektoru

Sosiallaşma 

Prototipləşdirmə

Müdafiə Sənayesi 

Kənd təsərrüfatı 

Biznesin İnkişaf etdirilməsi

Ekomonitorinq 

STEAM

Texnoparka daxil olan mərkəzlər haqqında (Tərkibində ki avadanlıq və cihazlar haqqında qısa məlumat) 

Texnologiya Transfer Ofisi 

Universitetlərdə Texnologiya Transferi, elmi araşdırmalar nəticəsində ortaya çıxan ixtiraların və yenilikçi məhsulların kommersiyalaşdırma müddətini əhatə edən dəstək xidmətləri dəstidir. Texnologiya Transfer Büroları-Ofisi (TTB); Akademik tədqiqat nəticələrinin səmərəli və sürətli ticarəti ilə əlaqəli fəaliyyətlərin həyata keçirildiyi təşkilatlardır. Universitetlər, tədqiqat mərkəzləri, özəl sektor arasında; Tədqiqatçılar, təşəbbüskarlar, sərmayəçilər və sənayeçilərlə lazımlı və ehtiyac duyulan əlaqələri təmin etmək üçün çalışırlar.

Sahibkarlıq və İnkubasiya Mərkəzi  

        “Biznes İnkubasiya” mərkəzi vasitəsilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə dəstək veriləcək, startapçıların ideyalarının reallaşdırılması üçün lazımi şərait yaradılır.

Universitet-sənaye əməkdaşlığı

Universitet-Sənaye Birliyi Vahidinin əsas məqsədi bölgədəki şirkətləri Ar-Ge və innovasiya araşdırmalarına istiqamətləndirməklə universitetin elmi potensialının sənayeyə köçürülməsi yolu ilə iqtisadi dəyərə çevrilməsinə töhfə vermək və universitetdəki akademik və sənayeçi arasında qarşılıqlı etimada əsaslanan davamlı əməkdaşlığı təmin etməkdir.

Bu istiqamətdə;
* Elm və sənayedə layihə məsləhət xidmətləri göstərmək (layihə yazmaq, aparmaq, hesabat vermək),
* Sənaye və təşkilatların Ar-Ge əsaslı fəaliyyətlərinin milli və beynəlxalq qrantlarından və dəstək proqramlarından faydalanmaq üçün layihələrin inkişafı,
* Professor-müəllim heyətinin, elmi əməkdaşların elmi tədqiqatlarını lazımi sahələrə təqdim etmək, tətbiq etmək, kommersiya məqsədi ilə təqdim etmək,
* Sənayedən tələblərini bu mövzuda təcrübəsi olan və məsləhət xidmətləri göstərən düzgün akademikə istiqamətləndirmək,
* Universitet- sənaye görüş platformalarının tikintisi,
* Sənayeçilərin problemlərini müəyyən etmək üçün mütəmadi sənaye səfərləri zamanı alınan məlumatlara uyğun olaraq sənayenin təhlili qurmaq;
* Əməkdaşlıq layihələrində müqavilə rəhbərliyi, hüquqi məsləhət və maliyyə təqibi üzrə xidmətlər göstərmək

Struktur  (daxil olan inzibati işçilərin siyahı və vəzivə, əlaqə vasitələri) , mərkəzlər qrafik sxem şəklində

1. Təşkilat şurası

Ali məktəbin innovasiya-biznes bölmələrinin işinə nəzarət.

Işin planlaşdırılması və təşkili.

Biznesin inkubatoru, texnopark, strateji tərəfdaşları ilə operativ qarşılıqlı əlaqə.

2. Strateji planlaşdırma və nəzarət şöbəsi

3. Keyfiyyət sistemi idarəetmə xidməti

4. Yeni tədris texnologiyaları mərkəzi

Strateji tərəfdaşların tapşırığı üzrə yeni təlim texnologiyalarının hazırlanması və sınaqdan keçirilməsi

5. İnnovativ layihələrin idarə edilməsi şöbəsi

6. İnformasiya-analitik mərkəzi

İnformasiya mühitinin layihələndirilməsi

İnnovativ layihələrin  məlumat bazalarının və informasiya axınlarının idarə edilməsi

İnformasiya mühitinin texniki və proqram təminatı

İnformasiya təhlükəsizliyinin təmin edilməsi