Qərbi Kaspi Universiteti

Texnopark

Texnoloji Transfer Ofisi

Pirəkəşkül Elmi-İstehsalat mərkəzi (Axtarılır).

Elmi-Tədqiqat Mərkəzi (Müəllim namizəd axtarılır)

Elektronika laboratoriyası 

Texnoparkın tərkibində olan eletronika laboratoriyasının mütəxəssisi olaraq laboratoriyada elmi işlərin görülməsi, tələbələrin laboratoriyadan effektiv istifadəsinin təşkili, tələbələrə elektronika üzrə mütəmadi olaraq təlim, seminar və məsləhətlərin verilməsi, məktəblilərarası yarışmalar keçirilən vaxt təlimlərin verilməsi və yarışmanın texniki hissəsinin təmin olunması və digər sahəyə aid işlər.

Eyni zamanda texnopark tərəfindən həyata keçiriləcək bütün tədbirlərin iştirak (yarışma, hackathon, sərgi, konfrans və s.)

3D modelləmə laboratoriyası

Texnoparkda hazırlanacaq olan robototexnikada və digər texnoloji məhsullar üçün 3D printerdə, 3D skaner, CNC tipli dəzgahlarda, termoplastda olan işlərin görülməsi, tələbə və digər şəxslərin laboratoriyadan istifadəsinin təşkil olunması, tələbə və digər şəxslərə 3D ilə bağlı təlim və məsləhətlərin verilməsi. Texnoparkın Sumqayıt yolunda yerləşən bazasında 3D modelləmə dəzgahlarının işinə nəzarət.

Eyni zamanda Texnopark tərəfindən həyata keçiriləcək bütün tədbirlərin təşkilində iştirak (yarışma, hackathon, sərgi, konfrans və s.)

LEGO Laboratoriyası

Tələbə və məktəblilərin LEGO robotlarından istifadə edə bilməsinin təşkili, yarışmalar və təlimlər keçirilən zaman LEGO dərslərinin təşkili və keçirilməsi.

 

Texnoparkın təcrübəçiləri: Seçimlər həyata keçirilir.

Texnoparkda layihələr üzərində işləmək, hackathonlar, yarışmalar, konfranslar və digər bu kimi tədbirlərdə iştirakçı və ya təşkilatçı olmaq, universiteti müvafiq yerlərdə təmsil etmək. Texnoparkın Pirəkəşküldə olan bazasında təcrübələrin həyata keçirilməsi və digər bu kimi işlər.