Qərbi Kaspi Universiteti

Texnopark nədir

Texnopark nədir

Texnoparklar universitet, sənaye, araşdırma mərkəzləri, sahibkarlar və bazarlar arasındakı əməkdaşlığı artırmaq, bilik və texnologiya transferini asanlaşdırmaq məqsədilə yüksək əlavə dəyərli tədqiqat və inkişafa söykənən qabaqcıl texnologiyalı məhsul və xidmətlərin istehsalına uyğun infrastruktur, üstqurum və xidmətlər ilə təsir edən təşkilatlardır.  Texnoparkdan əldə edilən texnoloji ixtiralar, araşdırmanın istehsala çatdırıldığı katalitik inkubator mühiti meydana gətirir. Texnoparkdan əldə edilən texnoloji ixtiralar, araşdırmanın istehsala çatdırıldığı katalitik inkubator mühiti meydana gətirir. 

Biz kimik

Qərbi Kaspi Universiteti Texnoparkı 2017-2018-ci tədris ilinin əvvəlində qurulmuşdur. Texnoparkın yaradılmasının əsas məqsəd universitetin akademik və tələbə heyətinin elmi-təcrübi işlərini həyata keçirtmək, kommersiyalaşdırmaq və cəmiyyətə tövhə verməkdir. Texnopark firmaların elm və texnologiya ilə əlaqədar tələbləri ilə bağlı sahələrdə universitetin araşdırma gündəliyini inkişaf etdirməsi və yenilənməsi üçün müsbət amil olmuşdur. Texnoparkın universitet ilə olan qarşılıqlı əlaqəsi innovasiya qabiliyyətinə müsbət istiqamətdə təsiri təmin etmişdir.

Texnopark fəaliyyətə başladığı gündən etibarən tələbələr arasında təşəbbükarlıq anlayışının təbliği, tələbələrin sosial, biznes və təhsil yönümlü İdeyalarının həyata keçirilməsinə dəstək üçün seminar və təlimlər keçirilmişdir. Texnopark həmçinin bir çox yarışmalara texniki və təşkilatı dəstək verir. Buna missal olaraq Azərbaycanda ilk dəfə keçirilən `Game Jam` hackathon yarışmasına təşkilatı dəstək vermiş və yarışma çərçivəsində tələbələrə 3D oyun hazırlanması sahəsində təlimlər keçirilmişdir.

 

Bizim Siyasətimiz

 Texnoparkın fəaliyyət siyasəti universitet tələbələrinin innovativ təşəbbüskarlıq ideyalarının ortaya çıxarılması, onlara dəstəyin verilməsi və kommersiyalaşdırılmasının təşkilindən ibarətdir. Təklif olunan yeni İdeyaların innovativ məhsula çevirmək bizim əsas hədəflərimizdən biridi. Bunun üçün tələbələrin hər bir ideyası müəllimlər və mütəxəsisslərdən ibarət peşakar komanda ilə bütün aspektlərdə qiymətləndirilir, Bölgələrin dayanıqlı inkişafı üçün Azərbaycanın müxtəlif bölgələrinə bir günlük səfərlər olunur və orda məktəblilərə Universitet və Texnopark barədə məlumatlar verilir. Onlarda STEAM -ə maraq yaratmaqla bölgələrdə təhsilin inkişafına təkan verir.

İnfrastrukturumuz

Texnoparkın geniş infrastrukturu burada istənilən akademik fəaliyyətin yerinə yetirilməsinə şərait yaradır. Bu fəaliyyətlər üçün Universitetin Nərimanovda yerləşən tədris binasında 5 otaq, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin tədris binasında 2 otaq, A.R. İqtisadiyyat Nazirliyinin Balaxanı Sənaye Parkında hər biri 288 kv.m olmaqla 2 istehsalat sahəsi (ofislərlə birgə), universitetin Bakı-Sumqayıt şossesində yerləşən 4 hektarlıq ərazidə tələbələrin və akademik heyətinin birgə çalışa və qala biləcəkləri kiçik istehsalat ərazisi və 2018-2019-cu il tədris ilində istifadəyə verilən yeni tədris binasında  150 kv.m-lik biznes İnkubator mərkəzi və 600 kv.m-lik mexatronika, robotexnika, mexanika laboratoriya otaqları ayrılmışdır.