Layihələrin idarəolunması ofisi
İdeyanın tətbiqi üçün şəkilləndirilməsi məqsədi ilə onun texnologiyası üzərində işləmək, prototipini formalaşdırmaq zərurəti yaranır. Bunun reallaşdırılması üçün universitetdə Texnoloji Prototip Mərkəzi yaradılıb. Tələbələrimiz laboratoriyalarda ideyaya aid olan müvafiq cihazın prototipini hazırlamalıdırlar. Bu prototip ideyada nəzərdə tutulan imkanları tam olaraq nümayiş etdirmək qabiliyyətində olmalıdır.