Universitetimizin komandası TechnoFest 2022 festivalının finalında
Universitemizin "Western Skills" komandası mayın sonunda keçiriləcək regionun ən böyük texnologiya festivalı - "TechnoFest 2022"-nin finalına vəsiqə qazanıb. Komandamız 26-29 may tarixlərində Baku Kristal Zalında TechnoFest 2022 festivalının final mərhələsində çıxış edəcək.
"Baku Skills" (3D modelləmə və 3D çap) müsabiqəsində yarımfinala qalmış 2 komandamızdan biri ölkə üzrə finala vəsiqə qazanmış 10 komandadan biridir. Bu komandalar 6 saatlıq hackathon formasında yarışacaqlar.
Universitetimizin komandasına uğurlar arzu edirik!




