Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin tələbələri öz layihələrini nümayiş etdiriblər

Qərbi Kaspi Universitetinin tələbələri öz layihələrini nümayiş etdiriblər

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qərbi Kaspi Universitetinin tələbələri universitetin Texnoparkında işlədikləri bir neçə layihəni (BioMetan, RGB Silkworm, Techica Stone) nümayiş etdiriblər.Onlardan biri - BioMetan - biokütləni metan qazına çevirmək üçün nəzərədə tutulmuş qurğudur. Qurğu qaz xəttinin çəkilməsinin əlverişsiz olduğu yerlərdə qazın istifadəsi, qaza qənaət etmək istəyən fermerlərin istifadəsi üçün nəzərdə tutulub. Bu layihə STEAM Azerbaijan Festival-2022-də İnnovasiyalar sərgisi kateqoriyasında birinci yerə layiq görülüb.

Digər komandamız isə TECHİCA stone layihəsi ilə çıxış edir: plastiklərin təkrar emalı ilə hazırlanan bu qurğu həm səki daşlarının deformasiyasının, həm də plastik tullantıların təbiətə atılmasının qarşısını alır. Səkilərin deformasiya olmasının əsas səbəblərindən biri də yağış sularının alt qatlara ötürülərək torpağı aşındırmasıdır. Bu qurğunun kanal sistemi sayəsində suyu ya kanalizasiyaya, ya da tankerlərə yönləndirərək təkrar istifadə üçün depolamaq mümkündür.

RGB Silkworm layihəsinə gəldikdə isə bu layihənin əsas mahiyyəti bundan ibarətdir: baramalar adətən ağ rəngdə olur. İpəyin hazırlanma prosesində isə sonradan rənglənməsi həm əlavə xərc, həm də əlavə zaman sərfiyyatına səbəb olur. Bu layihədə tələbələrimiz baramaları mutasiyaya məruz qoyaraq onlardan birbaşa rəngli barama əldə edir.